Tel: +99455 442-40-45 E-mail: [email protected]

Daraaz.net
>> Sayt nədir?
!

Sayt sözünün ingiliscədən hərfi tərcüməsi yer, hissə, parça deməkdir. Saytlar elektron sənədlərdən toplanaraq komputer şəbəkəsində bir yer tuturlar.
Hər bir sayt ayrıca bir İP-ünvan və ya domen (domain) adı ilə internetə qoşulur.
Dünyada ilk sayt olan info.cern.ch 1990-cı ildə Tim Berners-Li (Sir Timothy John «Tim» Berners-Lee) tərəfindən yaradılmışdır. O, saytı yeni texnologiya olan WWW-yə həsr etmişdi. Saytda HTTP verilənləri göndərmə protokolundan, URL ünvan sistemindən və HTML hipertekst dilindən danışırdı. 1991-ci ildə WWW standartı qəbul edildi və yeni saytlar yaradılmağa başladı.
Dinamiklik və interaktivlik artırıldıqca saytlar virtual ofis, media mərkəz, onlayn mağaza kimi çalışmağa başladı.

>> Domen nədir?
!

Domen veb saytınızın internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər.
Domen ip adresi adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Misal üçün www.daraaz.net yazdığınızda internet öncə bunu ip adresinə çevirir sonra isə sizi bu ip adresinə yönləndirir.

Veb saytınızı ziyarət etmək istəyənlərin ip adresinizi bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 19.181.21.34 ip adresi daraaz.net saytına aiddir. IP adresini yadda saxlamaq çox çətindir. Amma daraaz.net deyilən vaxt daha asan yadda qalır. Domenlər ən az 1 ən çox 10 il arasında alına bilir. Yenə domenlər ən az 2 ən çox 63 simvoldan ibarət ola bilir. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə edə bilərsiniz.

Sadəcə domen almaq sayt açmaq üçün kifayətdirmi?
Xeyir, domen almaq sayt açmaq üçün kifayət deyil.
Siz bundan əlavə hostinq xidməti də almalısınız.
Yuxarıda da açıqladığımız kimi domen adı istifadəçilərinizi hostinq xidmətinizin olduğu kompüterlərə yönləndirir.
Domen uzantısı nə məna ifadə edir?
com – kommersiya təşkilatları
org – qeyri- kommersiya təşkilatları
edu – təhsil müəssisələri
biz – sahibkarlıq fəaliyyəti
gov – dövlət və yerli üzünüidarə orqanları
info – kütləvi informasiya vasitələri
name – fiziki şəxslər
net – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün.

>> Hosting nədir?
!

Hosting — saytınızın internet şəbəkəsində yerləşdirilməsi deməkdir. Sayt internetə qoşulmuş kompüterdə yerləşdirilir.
Belə kompüter server adlanır. «Hostinq» dedikdə adətən ən azı internet-istifadəçilərin sorğularının emalı üçün tələb olunan PT quraşdırılmış serverdə faylların yerləşdirilməsi nəzərdə tutulur. Bir çox hosterlər bu xidmətə əlavə olaraq poçt akkauntları və ya verilənlər bazaları üçün yer təqdim edir.

Bir serverdə çox sayda sayt ola bilər — onların sayı boş disk məkanının miqdarından asılıdır. Bundan əlavə, hesablama gücləri və internet-kanalların buraxma qabiliyyəti də vacib rol oynayır.

Hostinq seçiminin vacib meyarları Hostinq seçiminin vacib meyarı — əməliyyat sistemidir. Ondan bu və ya digər xidmətlərinin funksoinallığını dəstəkləyəcək proqram təminatı asılıdır. Hostinq üçün əməliyyat sisteminin hər biri bir sıra üstünlüyə malikdir.

Linux-hostinqinin üstünlükləri: Pulsuz sərbəst proqram təminatı. Pulsuz əməliyyat sistemi. Linux-хостинг asanlıqla Windows-hostinqinə çevirilir.

Windows-histinqinin üstünlükləri: Windows əməliyyat sistemi əsasında hostinq — Microsoft şirkətinin texnologiyaları (Microsoft MSSQL verilənlər bazaları, Access, Microsoft Sharepoint, .NET texnologiyaları və digərləri) vasitəsilə yazılmış saytlar üçün nəzərdə tutulmuş bir seçimdir. Bir qayda olaraq Linux-hostinqi Windows-hostinqi ilə eyni parametrlərə malik olmaqla yanaşı ondan 20% daha ucuzdur. Buna görə, layihəniz hər hansı xüsusi imkan və sazlamaları tələb etmirsə, açıq mənbə kodlu əməliyyat sistemi əsasında olan hostinq - ən yaxşı seçimdir.

>> Web sayt nəyə lazımdır?
!

Günümüzün ən qlobal problemlərindən biri gənclərin internetdən düzgün istifadə etməyi bacarmaması, orta və yaşlı nəslin isə internet və sayt anlayışı ilə az tanış olmasıdır. Web sayt sizə internetdən istifadənin ən səmərəli formasıdır. Bundan əlavə web sayt ən səmərəli və asan reklam növüdür. Sayt sizin şirkətinizin və ya biznesinizin bütün dünyaya çıxışını təmin edir. Əgər sizin işinizin kifayət qədər yaxşı reklamı yoxdursa siz öz biznesinizdə dünya səviyyəsində irəliləyə bilməyəcəksiz. Web sayt sizin həm peşəkarlığınızın həmdə biznesinizin göstəricisidi

Hər kəsin və ya şirkətin saytı ola bilər. Saytın əsas üstünlüyü onun hətfətə 7 gün, gündə 24 saat çalışmasındadır. Sayt şirkət və ya fiziki şəxsin istirahət vaxtında, nahar fasiləsində, yerini dəyişdirdikdə və hətta yatdıqda belə sahibi haqqında məlumatları maraqlanan insanlara çatdırır, verilən sualları cavablaya bilir, ya da malları sata bilər. Başqa tərəfdən bu əlaqələr yaratmaqda yardımçı olur və şəxsi emailin sonunda öz domeninin olması prestij kimi də qəbul edilir. İnternet brauzerin ünvan sətrində saytın URL ünvanı yazılaraq saytı açmaq olur. Məsələn, www.daraaz.net. Birinci bizim Daraaz Dizayn Studiyasının rəsmi vebsaytıdır. www-dan sonra gələn domen adıdır ki, onu ödəniş əsasında əldə etmək olar. Hər bir saytın sufiks deyilən üçüncü hissəsi olmadır. Bu .az (Azərbaycana aid olan saytlarda), .com (company sözündən, şirkət saytları), .org (organization sözündən, qeyri-kommersiya təşkilatları, qurumları deməkdir), .net (network sözündən götürülmüşdür, şəbəkə anlamını verir), .edu (education sözündən, təhsil), .gov (goverment sözündən, dövlət), .tv, .radio, .info, .gov və b. ola bilər.

Qiymətlər isə domen adının önəmliliyindən, qısalığından və sufiksindən asılı olaraq dəyişir.

Sayt üçün domen adı alındıqdan, dizayn işləri görüldükdən sonra, bütün bu sayt fayllarını elə bir komputerə yükləmək lazımdır ki, o faziləsiz internet şəbəkəsinə qoşulmuş olsun. Bu hosting xidməti adlanır və bununla məşğul olan bir sıra web hosting şirkətləri var. Hosting qiymətləri təklif olunan özəlliklərdən (disk həcmi, müxtəlif proqramlərı dəstəkləmə, trafik, email tutumu, istifadə rahatlığı) asılıdır. Müqayisə üçün yaxşı olardı ki, web-saytı bir evə bənzədək. Saytın ünvanı onun domen adı olacaq. Hər kəs saytın ünvanını düzgün yazmaqla axtardığı sayta girə bilər. Sonra saytı yerləşdirmək üçün yer olmalıdır, buna da hosting deyilir. Sona da qalır evin tikilməsi üçün lazım olan ləvazimatlar və dizayn.

Daraaz Dizayn Studiyası nəinki Sizin saytınızın tam dizaynını edir, həm də domen adı və hosting seçməkdə köməkçi olur, Azərbaycan saytları üçün bütün web-audit xidmətlərini ödənişsiz olaraq təqdim edir.